"Sumqayıt" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.  

Sportal.az xəbər verir ki, "Neftçi"nin basketbolçusu Kamran İmanov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb.

2 metr boya malik olan və hücumçu mövqeyində çıxış edən İmanov bu mövsüm "Neftçi"nin heyətində iki oyunda meydana çıxıb.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Basketbol Liqasında 12 turdan sonra 8-ci pillədədir.