"Napoli" Joze Mourinyonu baş məşqçi postuna gətirməyəcək.

Sportal.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio De Laurentis "Roma"dan qovulan portuqaliyalı mütəxəssislə danışıq aparmadıqlarını bildirib:

"Mourinyonun "Napoli" ilə heç bir əlaqəsi yoxdur. Bəli, o, şən məşqçidir. Amma mən onun taleyini nə İtaliyada, nə də “Napoli”də görürəm”.

Qeyd edək ki, hazırda bu klubu Valter Mazzari çalışdırır.