Gedişat onu göstərir ki, "Qarabağ" bu mövsüm çətinlik çəkmədən növbəti dəfə çempion olacaq. Ötən mövsüm "Sabah" son dövrəyə qədər müəyyən intriqanı qorusa da, bu mövsüm Premyer Liqada "Qarabağ"a rəqib olası komanda yoxdur.
Bəs, görəsən "Qarabağ"la çempionluq mübarizəsi aparmaq üçün nə etməli, nə cür komanda olmalıdır ki, rəqabət apara bilsin. Ən real namizədlər "Sabah" və "Neftçi"dir. Çünki kiçik büdcəli komandaların "Qarabağ" kimi nəhəngə ciddi problem yaratmaq ehtimalı çox aşağıdır, hətta möcüzədir.
Məsələnin həllini riyazı yolla müəyyənləşdirməli olsaq, rəqəmlər "Zirə"nin müdafiəsi, "Turan Tovuz"un hücumu deyir.
Rəşad Sadıqovun komandası bu mövsüm Premyer Liqada hamıdan az top buraxıb - 10 qol. Müqayisə üçün deyək, lider "Qarabağ" 15 qola üzülüb. Əvəzində "Qarabağ" rəqib qapılarından 48 qol keçirdiyi halda, "Zirə"də bu göstərici 13-dür. Rəşad Sadıqovun komandası yaxşı müdafiəyə rəğmən hücum planında ciddi axsaqlıqlar yaşayır.
Ayxan Abbasovun "Turan Tovuz"u isə əksinə, çox pis müdafiəyə malik olsa da, "Qarabağ"dan sonra ən məhsuldar kollektivdir. 19 turda 33 qol vurub, 31 qol buraxıblar.
Gəlin, bir anlıq təsəvvür edək, Rəşad Sadıqovun müdafiəsi və Ayxan Abbasovun hücumu bir komandada, bir məşqçidə cəmlənib. Görəsən, belə komanda çempionluq mübarizəsində "Qarabağ"a rəqib ola bilərdimi?
Həmid
saytlarin hazirlanmasi