Əlcəzair millisi Camel Belmadi ilə yollarını ayırdıqdan sonra baş məşqçi axtarışına çıxıb.
Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, Əlcəzair Futbol Federasiyası Erve Renard, Vahid Halilhodziç, Zinəddin Zidan və digər mütəxəssislərin namizədliyini nəzərdən keçirir.
Qeyd olunur ki, "Real”ın keçmiş çalışdırıcısı valideynlərinin ölkəsindən olan milliyə maraq göstərsə də, sonradan təklifi rədd edib.
Hazırda Fil dişi Sahilində keçirilən Afrika Millətlər Kubokunda Əlcəzair öz qrupunda sonuncu yerdə qərarlaşıb, turnirdəki iştirakını başa vurub.