"Neftçi"nin transfer siyahısında yer alan FCSB-nin forvardı Andrea Kompayno böyük ehtimalla Azərbaycan Premyer Liqasında oynamayacaq.
Sportal.az xəbər verir ki, italiyalı hücumçu Türkiyə Superliqasında oynamaq qərarını verib. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Belə ki, 27 yaşlı hücumçunun “Konyaspor”la anlaşdığı bildirilir. İtaliyalı “Kataniya”, “Tre Fiori”, “Universitatya Krayova” komandalarında oynadıqdan sonra 2022-ci ildə FCSB klubuna keçib.
Qeyd edək ki, Kompanyonun meneceri Alessandro Petsoli 10 gün öncə Sportal.az saytına açıqlamasında futbolçuya “Neftçi”dən təklif olduğunu etiraf etmişdi.