"Real"ın sabiq futbolçusunu istəyir: "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Hilal", "Əl-Əhli"

16:17 - 27 Yanvar 2024

Səudiyyə Ərəbistanı klubları "Betis"in yarımmüdafiəçisi İsko üçün hərəkətə keçib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli futbolçunu “Əl-Nasr”, “Əl-Əhli”, “Əl-Hilal” və “Əl-İttihad” klubları istəyir. 

İspaniyalını transfer etmək istəyən klub onun üçün 20 milyon avro ödəməlidir.

Səudiyyəlilər İskonun özünə yüksək maaş təklif etməyə hazırdırlar. Amma transferə pul ödəmək niyyətində deyillər.

Təcrübəli futbolçu 2023-cü ilin yayında azad agent Əndəlusiya klubuna keçib. Bu mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 27 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə edib. O, karyerası ərzində "Valensiya", "Malaqa", "Real", "Sevilya" komandalarında oynayıb.

Xəbər xətti