Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə klub karyerasında dəyişiklik edib.
Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın yarımmüdafiəçisi Səudiyyə Ərəbistanında oynayacaq.
O, bu ölkənin “İstern Fleyms” klubuna keçib.
Dammam şəhərini təmsil edən komanda hazırda Səudiyyə Ərəbistanı liqasında 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.