Millimizin üzvü Polşa klubunda növbəti matçını keçirdi

10:17 - 27 Yanvar 2024

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi Polşanın “LKS Lodz” Türkiyədə təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Lodz təmsilçisi Cənubi Koreyanın “Qanqvon”la qarşılaşıb.

Görüş Məmmədovun komandasının qələbəsi ilə yekunlaşıb - 3:2.

Rahil meydana start heyətində çıxıb və hesab 1:1 olarkın, 60-cı dəqiqədə əvəzlənib. 
 

Xəbər xətti