Kökçünün komandası evdə uduzdu

11:19 - 27 Yanvar 2024

Niderland birinci divizionun 23-cü turunun bir sıra oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” doğma meydanda “Maastrixt”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:3.

Kökçü meydana start heyətində çıxıb və sona qədər oynayıb. “Eyndhoven” 30 xalla 13-cü pillədədir.

Xəbər xətti