"Fənərbaxça" Türkiyə millisinin üzvünün keçidini həll edib.
Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, Çağlar Söyüncü İstanbul klubu ilə müqavilə imzalamaq üçün Madriddən İstanbula uçub.
27 yaşlı müdafiəçi 2024-cü il iyunun 30-na qədər "Fənərbaxça"da icarə əsasında çıxış edəcək.
Yayda isə Türkiyə klubu onun transfer hüququna yiyələnə bilər. Ötən ilin yayında "Lester"dən "Atletiko"ya keçmiş Çağlar bu mövsüm 9 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi