"Sabah" və "Səbail"lə adı hallanan Nemanya Ancelkoviçin Premyer Liqamıza qayıdışı baş tutmayacaq.
Sportal.az saytına verilən məlumata görə, ona Azərbaycan komandalarından maraq olsa da, serbiyalı qışda Rusiyadan ayrılmayıb.
O, "Akron"u tərk etməməyə qərar verib. 26 yaşlı futbolçu 2023-cü ildə Rusiya klubuna keçib. Onun birinci liqa klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Ancelkoviç əvvəllər “Zirə”nin formasını geyinib.
saytlarin hazirlanmasi