"Zenit" Tete üçün "Qalatasaray"a rəsmi təklif göndərib.
Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, Türkiyə klubu braziliyalını "Zenit"ə satmayıb.
Buna səbəb isə qarşı tərəfin təklifinin "Qalatasaray"ı razı salmamasıdır. "Cim-Bom" Tete üçün 10 milyon avro qazanmaq istəyib.
Qeyd edək ki, yarımmüdafiəçinin 2023-cü ilin yayında azad agent kimi “Qalatasaray”a keçib.
Bu mövsüm “Qalatasaray”la bütün turnirlərdə 27 matçda iştirak edən braziliyalı 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi