Türkiyə Superliqasında Azərbaycan derbisi: qonaqlar qazandı

22:50 - 27 Yanvar 2024

Türkiyə Superliqasında 23-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, bu turda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirsor" "Hatayspor"un qonaq edib. 

Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" səfərdə rəqibinə uduzub. Nani 44-cü dəqiqədə avtoqol edərək rəqibin sevinməsinə səbəb olub. 

Şahruddin 90 dəqiqə, Dadaşov isə 68-ci dəqiqədə meydanda olub. 

"Adana Demirspor" 31 xalla 7-ci, "Hatayspor" isə 25 xalla 14-cü pillədədir. 

Xəbər xətti