"Kocaelispor"un azərbaycanlı futbolçusu Ramil Şeydayev Türkiyə I Liqasının 20-ci turunun “Altay”la oyununa görə (2:0) qiymətləndirilib.
Sportal.az xəbər verir ki, millimizin forvardına orta xallardan biri verilib.
"Sofascore" portalı Şeydayevə 6,7 xal verib. Bu isə matça görə orta qiymətlərdən biri hesab edilir.
Qeyd edək ki, 27 yaşlı hücumçu meydana start heyətində çıxıb və 72-ci dəqiqədə əvəzlənib.