"Qalatasaray"ı "Roma"ya dəyişəcək

12:49 - 29 Yanvar 2024

"Qalatasaray"da icarə əsasında çıxış edən "Leyptsiq"in müdafiəçisi Angelinyo karyerasına "Roma"da davam edəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, yanvarın 29-da futbolçu tibbi müayinədən keçmək üçün İtaliyaya yollanacaq. "Canavarlar" 27 yaşlı ispaniyalını 6 milyon avroya almaq opsiyasıyla mövsümün sonuna qədər icarəyə götürəcək.

Eyni zamanda, "Leyptsiq" də müdafiəçini geri transfer etmək opsiyasına sahib olacaq. Onun "Qalatasaray"la müqaviləsi mövsüm sonuna, "Leyptsiq"lə transfer müqaviləsi isə 2025-ci il iyunun 30-na qədərdir.

Angelinyo “Nyu-York Siti”, “Jirona”, “Malyorka”, “NAK Breda”, PSV, “Mançester Siti”, “Hoffenhaym” komandalarında oynayıb.

Xəbər xətti