Şahruddinin əsas rəqibi "Adana Demirspor"dan ayrılır

14:59 - 29 Yanvar 2024

Azərbaycan milli komandasının qapışısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da növbəti ayrılıq gerçəkləşəcək.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi qolkiper Ertaç Özbirlə yollarını ayıracaq. Bu barədə klubun prezidenti Murat Sancak açıqlama verib.

Qış transfer dönəmində "Adana Demirspor"dan Yunes Belhanda, Yonas Svensson, Bünyamin Balat, Arber Zeneli və Kevin Rodriqes ayırılıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev bu ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçib. 29 yaşlı qapıçı "mavi şimşəklər"lərin heyətində 11 Super liqa matçında meydana çıxıb.

Xəbər xətti