Azərbaycan milli komandasının və Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov Türkiyə klublarının diqqət mərkəzindədir.
Sportal.az saytına verilən məlumata görə, birinci liqada mübarizə aparan “Kocaelispor” 21 yaşlı müdafiəçi üçün hərəkətə keçib. İzmit təmsilçisi Cəlalı öncə icarəyə götürmək istəyir.
Bununla yanaşı isə, aşağı liqanın iddialılarından olan klub gələcəkdə onun transfer hüququna da yiyələnməyi planlaşdırır.
Lakin Bolqarıstan klubunun “Kocaelispor”un Cəlalla bağlı təklifinə necə cavab verəcəyi dəqiq deyil.
Qeyd edək ki, hazırda "Kocaelispor"un heyətində millimizin digər üzvü Ramil Şeydayev forma geyinir.
saytlarin hazirlanmasi