"Yuventus" Roberto Pereyranı geri qaytarmağı planlaşdırır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, bunu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri istəyir.
“Udineze” isə 33 yaşlı yarımmüdafiəçi üçün "Yuventus"dan 4 milyon avro tələb edir.
Lakin “qoca sinyora” rəhbərliyi məbləğin yüksək olduğunu qarşı tərəfə bildirib. Hazırda danışıqlar davam edir.
Xatırladaq ki, uruqvaylı futbolçu artıq 2014/2015 və 2015/2016 mövsümlərində "Yuventus"da çıxış edib. Ümumilikdə Roberto bütün turnirlərdə komandanın heyətində 68 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi