"Kəpəz"in baş məşqçisi: "Bizim komandamıza lazım deyil"

14:48 - 31 Yanvar 2024

"Yovan Krneta hələ də bizimlə məşq edir. Bizi qane edəcək durumda deyil. Açıq desəm, bizim komandaya lazım deyil. Sadəcə bizdən komandamızla bir müddət məşq etməyi xahiş etmişdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Gəncə klubunun çalışdırıcısı "Zirə"dən tanıdığı Yovan Krnetanın komandada qalmayacağını bildirib.

O, serbiyalı futbolçunun ölkəsinə geri qayıdacağını söyləyib: "Yovan böyük ehtimalla ölkəsinə qayıdacaq. Bildiyim qədərilə Serbiyada birinci liqa klubu ilə müqaviləsi var. Sadəcə bizimlə məşq edir".

Qeyd edək ki, Krneta artıq bir həftədir ki, "Kəpəz"lə məşq edir.
 

Xəbər xətti