"Trabzonspor"un yarımmüdafiəçisi Abdulkadir Ömür İngiltərədə oynayacaq.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Hall Siti"yə keçəcək.
Artıq tərəflər arasında razılıq əldə olunub.
Acun Ilıcalının rəhbərlik etdiyi klub Ömür üçün 6 milyon avro ödəyəcək.
24 yaşlı futbolçunun "Trabzonspor"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi