“Roma”nın hücumçusu Eldor Şomurodov “Salernitana”ya icarəyə verilib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, cari mövsümün əvvəlindən Şomurodov İtaliyanın “Kalyari” klubunda icarə əsasında çıxış edir. Asiyalı forvard İtaliya A Seriyasında “Kalyari”nin heyətində 11 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
28 yaşlı hücumçu 2021-ci ilin yayında "Roma"ya keçib. O, əvvəllər “Cenoa”, “Rostov” və digər klublarının da formasını geyinib. "Kalyari" 2023/2024 mövsümü üçün İtaliya çempionatının turnir cədvəlində 18-ci yerdədir.
Komanda 22 matçda 18 xal toplayıb. Salernitana 12 xal toplayaraq sonuncu, 20-ci yerdədir.
saytlarin hazirlanmasi