"Qarabağ" Kurro Sançezin transferindən vaz keçib.
Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, buna səbəb ispaniyalı legionerin öz gələcəyini La Liqada görməsidir.
Sequndada "Burqos"un formasını geyinən sağ cinah vingeri yüksək liqadan təklif gözlədiyindən, "köhlən atlar" onun Azərbaycana gəlmək perspektivinə inandırıcı yanaşmır. "Burqos" Sançezə 500 mn avro qiymət qoyub. "Qarabağ"ın bu transfer üçün ödəməyə razı olduğu rəqəm isə 300 min avronu keçmir.
"Sevilya"nın yetirməsi olan 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Numansiya", "Ponferradina" və "Almeriya"da da çıxış edib. Onun hazırkı klubu ilə müqaviləsi iyunda başa çatacaq.
saytlarin hazirlanmasi