"Beşiktaş"ın hücumçusu millidən zədəli qayıtdı

20:26 - 31 Yanvar 2024

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki. istanbul təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamerunlu forvard Afrika Millətlər Kubokundan zədəli qayıdıb. Onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edə ki, Vensan Abubakar bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti