"Xetafe"nin hücumçusu Enes Ünal karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, la Liqa təmsilçisi türk forvardı "Bornmut"a icarəyə verib. Bu barədə "Sky Sports" məlumat yayıb.
Enes mövsümün ikinci yarısını Premyer Liqada keçirəcək. "Bornmut" yayda 16,5 milyon avro ödəyərək 26 yaşlı futbolçunun transfer hüququna yiələnəcək.
Qeyd edək ki, "Xetafe" Enes Ünalı 2020-ci ilin yayında "Vilyarreal"dan transfer edib. Türkiyə millisinin üzvü İspaniya klubunun heyətində bu mövsüm meydana çıxdığı 5 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi