"Kocaelispor"un baş məşqçisi Ərtoğrul Sağlam Türkiyə Birinci Liqasının 21-ci turunun bu şənbə günü “Adanaspor”a qarşı keçirəcəkləri oyun haqda danışarkən, komandaya yeni gələnlərin, o cümlədən azərbaycanlı hücumçu Ramil Şeydayevin adaptasiyasından danışıb.
Sportal.az xəbər verir ki, "Bursa.com"a danışan türkiyəli məşqçi məsələ haqda bunları deyib:
"Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq. Növbəti matçlarda da oynayacaq. Duhan Aksu oynamağa imkan verəcək fiziki vəziyyətə qayıdır. Cümə gününə qədər bizə daha bir yeni futbolçu qoşularsa, o zaman oyun sistemimizdəki siyahıları tam şəkildə tamamlayacağıq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik".
Şeydayevin "Kocaelispor"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi