"Bavariya" İspaniya millisinin üzvünü transfer etdi - FOTO

09:48 - 2 Fevral 2024

"Bavariya" "Qranada"dan Brayan Saraqosanı heyətinə qatıb.

Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuatı xidməti məlumat yayıb.

Xatırladaq ki, Münhen təmsilçisi ötən ilin payızında futbolçunun hüquqlarını alıb, lakin futbolçu mövsüm bitdikdən sonra yalnız yayda Bundesliqa klubuna keçməli idi.

İndi "Bavariya" rəhbərliyi qərarını yenidən nəzərdən keçirib və 22 yaşlı ispaniyalının artıq heyətinə qatıb. 

Brayan "Qranada" yetirməsidir və 2020/2021 mövsümün "El Ehido"da icarə əsasında keçirib. O, ötən il İspaniya millisində debüt edib.

Xəbər xətti