Murad Musayev "Sabah" rəhbərliyi ilə konflikt yaşayıb? - ÖZÜ AÇIQLADI

10:17 - 2 Fevral 2024

Rusiyalı məşqçi Murad Musayev "Sabah"ın rəhbərliyi ilə konflikt yaşaması ilə bağlı yayılan məlumatları təkzib edib.

Sportal.az xəbər verir ki, “Чемпионат.com”a danışan Musayev Azərbaycan klubunun rəhbərliyi ilə münasibətinin çox yaxşı olduğunu deyib:

"Mətbuatda deyirlər ki, rəhbərliklə münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta ideal olduğunu demək olar. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri, hər şey. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət sözlər olacaq".

Qeyd edək ki, dünən Murad Musayev "Sabah"dan ayrılmaq qərarı vermiş, rəhbərlik də onun istefasını qəbul etmişdi.

Xəbər xətti