Qazaxıstan milli komandasının hücumçusu Abat Aymbetov karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard “Adana Demirspor”la anlaşıb.Asiyalı forvard Superliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
O, 2025-ci il iyunun 30-na qədər Adana təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, Aymbetovun adı “Neftçi” ilə hallanırdı. Əlavə edək ki, “Adana Demirspor”un qapısını milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev qoruyur.
saytlarin hazirlanmasi