"Kosovo və Azərbaycan arasında diplomatik məsələlər var deyə, viza almaq elə də asan deyil. İstanbuldayam, gözləyirəm. Ayın 15-dən bu yana Kosovo şengen ölkəsidir. Əslində, vizamı aldıqdan sonra Albaniyaya yollanmalıyam. Komanda orada təlim-məşq toplanışındadır. Mən də gözləyirəm ki, sənəd məsələləri yoluna düşsün və ora uçum. "Fuşe Kosovo" da mənim üçün müraciətlər edib. Ancaq ki, gözləmə mövqeyini tutmuşam".
Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq üzvü Elvin Yunuszadə deyib. Azərbaycanlı futbolçu Kosovo əsas liqasında yarışan "Fuşe Kosovo" ilə müqavilə imzalamağa yaxındır. O, viza məsələlərini həll etmək üçün İstanbula yollanıb. Lakin hazırkı vəziyyəti belə izah edib:
"Klubla danışıqlar müsbət yekunlaşıb. Demək olar ki, "Fuşe Kosovo" ilə anlaşmışıq. Sadəcə dediyim kimi, sənəd məsələlərinin həll olunmasını gözləyirəm. Onlar qaydasına düşdükdən sonra rəsmi müqavilə imzalayacağıq. Ümid edirəm ki, hər şey yaxşı bitəcək və yeni komandamın düşərgəsinə qatılacam. Kosovodo legioner həyatı yaşamağa qərar vermişəm. İnanıram ki, hər şey yaxşı alınacaq".
31 yaşlı müdafiəçi bundan əvvəl “Çelik” və “Şkupi”də legioner həyatı yaşayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi