"Cenoa" əsas futbolçularından olan Albert Qudmundssonu "Fiorentina"ya satmaq istəməyib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Genuya təmsilçisinə islandiyalı üçün 22 milyon avro təklif edilib.
Lakin komandası bu keçidin reallaşmasını istəməyib. Buna səbəb isə “Cenoa”nın Albertə görə 25 milyon avro istəməsi olub.
"Fiorentina" isə maksim 22 milyon ödəyə biləcəyini qarşı tərəfə bildirib. 26 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
O, buna qədər PSV, AZ Alkmaar komandalarında oynayıb.
saytlarin hazirlanmasi