"Qarabağ"ın legioneri: "Çempionluq haqda nəsə demək çətindir, addım-addəm irəliləmək istəyirik"

13:34 - 2 Fevral 2024

"1/4 final mərhələsinə vəsiqə qazandığımıza görə xoşbəxtəm. Biz addım-addım irlələməyi məqsədəuyğun sayırıq. Çalışırıq ki, uğurlu nəticələr qazanaraq azarkeşlərimizi, xalqımızı sevindirək. Yaxşı komandamız var. Əlimizdən gələni edirik ki, matçlarda maksimum nəticələr qazanaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Kabo-Verde millisinin və "Qarabağ"ın futbolçusu Patrik Andrade deyib. 

Milli komandasının heyətində Afrika Millətlər Kubokunda 1/4 final həyəcanı yaşayacaq Andrade çempionluğun mümkün olub-olmaması barədə də fikirlərini söyləyib:

"Çempionluq haqda nəsə demək çətindir. Amma bayaq dediyim kimi, biz addım-addım irəliləmək istəyirik".

"Qarabağ"ın yarımmüdafiəçisi Ağdam klubundakı komanda yoldaşı Leandro Andradenin Kabo-Verde millisindəki karyerasını başa vurmasına münasibəti isə belə olub: "Mən bu haqda heç nə bilmirəm. Leonun özündən soruşsanız, daha yaxşıdır".

Qeyd edək ki, Kabe-Verde - CAR matçı fevralın 4-də keçiriləcək. 

Mirbağırağa
 

Xəbər xətti