İngiltərənin "Ridinq" klubunun ispaniyalı baş məşqçisi Ruben Selles “Neftçi” və “Qarabağ”da işlədiyi vaxtlarını xatırlayıb.
Sportal.az xəbər verir ki, “Plaza Deportiva”ya danışan Sells hər iki komanda arasında müqayisə də aparıb:
“Neftçi” Azərbaycanın ən böyük klubudur. 2012-ci ildən orada fiziki hazırlıq üzrə məşqçi işləyirdim. Həmin il Premyer Liqada çempion olduq, ölkə kubokunu da qazandıq. İkinci mövsümümdə isə yenidən kuboku əldə etdik. Həmin mövsüm asan deyildi, amma çox gözəl idi. Bunlar mənim ilk kuboklarım idi. “Qarabağ”da isə 2,5 il işləmişəm. Köməkçi məşqçi idim, həm də komandanın fiziki hazırlığına cavabdeh idi. Ardıcıl iki mövsümdə “qızıl dubl” etdik. 2017-ci ildə “Çelsi”, “Roma” və “Atletiko” (Madrid) ilə eyni qrupda yer alaraq Çempionlar Liqasına yüksəlmişdik".
40 yaşlı mütəxəssis Azərbaycandan ayrıldıqdan sonra "Southempton" və "Ridinq" klublarında da çalışıb.
Mirbağırağa
saytlarin hazirlanmasi