"Qalatasaray"ın idman direktoru "Səbail" - "Qarabağ"ın matçında - FOTO

15:51 - 3 Fevral 2024

"Qarabağ" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Səbail"in qonağıdır.

Sportal.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında sürpriz sima da var.

"Qalatasaray"ın idman direktoru Cenk Ergün matçı "ASCO Arena"da canlı izləyir. Klub rəhbəri bu barədə öz instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, bir neçə gün öncə Pressing.az saytı Elvin Cəfərquliyevin "Qalatasaray"ın transfer siyahısında yer aldığını yazmışdı.


Xəbər xətti