Türkiyə 1-ci liqasında 21-ci turun matçlarına start verilib.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Adanaspor"la qarşılaşıb. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev meydana start heyətində çıxıb və 73-cü dəqiqədə əvəzlənib. 

"Kocaelispor" 21 turdan sonra 42 xalla ikinci pillədədir.