Azərbaycan Premyer Liqasında 21-ci turun növbəti görüşləri baş tutub.
Sportal.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçirilib. "Gənclik şəhəri" təmsilçisi təmirdən yeni çıxan, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni qəbul edib və rəqibinə qalib gəlib.
Günün son oyunu isə Qəbələdə olub. Yerli komanda "Zirə" ilə bərabərə qalıb.
Azərbaycan Premyer Liqası
XXI tur
4 fevral
"Sumqayıt" - "Neftçi" 2:1
Qollar: Ninqa 8, 37 - Ozobiç 90+7(p)
Hakim: Elçin Məsiyev
Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Qəbələ" - "Zirə" 1:1
Qollar: Ülvi İsgəndərov 14- İlkin Muradov 19
Hakim: Rəşad Əhmədov
Stadion: Qəbələ şəhər stadionu