"Bavariya" Almaniya çempionatının 20-ci turunda "Borussiya"nı (Münhenqladbax) məğlub edib (3:1).
Sportal.az xəbər verir ki, bu görüş Münhen klubunun 34 yaşlı hücumçusu Tomas Müller üçün yaddaqalan olub.
O, "Bavariya"nın Bundesliqaya yüksəldikdən sonra bu klubun heyətində bütün yarışlarda 500 oyun keçirən ilk oyunçu kimi tarixə düşüb. Qeyd edək ki, Münhen təmsilçisi 1965-ci ildən əsas liqada çıxış edir.
Əlavə edək ki, Tomas Müller "Bavariya"nın yetirməsidir və 2008-ci ildə əsas komandada debüt edib.
saytlarin hazirlanmasi