Uruqvay millisinin müdafiəçisi “Bavariya”ya keçə bilərmiş.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, Münhen klubu Ronald Arauxo üçün "Barselona"ya bu qış 80 milyon avro təklif edib.
Kataloniya klubu razılıq versə də, baş məşqçisi Xavi onun Almaniya nəhənginə keçidinə mane olub.
24 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Arauxo "Rentistas", "Boston River"də oynadıqdan sonra 2018-ci ildə "Barselona"ya keçib.
saytlarin hazirlanmasi