"Braqa" və "Qarabağ"a qarşı oynamış braziliyalı: "Hər iki matçda çoxlu qollar vurulacaq"

14:17 - 4 Fevral 2024

"Qarabağ" və "Braqa" komandalarının görüşü maraqlıdır. Əla oyunlar olacaq. "Braqa" hər zaman güclüdür. Son illərdə avrokuboklarda da uğurlu çıxış edir, çox yaxşı oynayır".

Bu sözləri Sportal.az saytına açıqlamasında Paçu Lira deyib.

"Turan Tovuz"un hücumçusu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və "Braqa" klubları arasında keçiriləcək matçdan gözləntilərini söyləyib. Əvvəllər Portuqaliyada "Trofense" klubunun formasını geyinmiş 27 yaşlı forvard "Braqa"ya qarşı da oynayıb.

O, "Qarabağ"ın da güclü olduğunu deyib: "Bəli, "Qarabağ"a qarşı da oynamışam, "Braqa"ya qarşı da. Çox yaxşı oyunlar olacaq. "Qarabağ" da bu mövsüm çox güclüdür. Məncə, həm Portuqaliya, həm də Bakıdakı oyunda çoxlu qollar vurulacaq".

Qeyd edək ki, "Qarabağ" və "Braqa" komandaların fevralın 15-də Portuqaliyada, 22-də Bakıda qarşılaşacaq.

Mirbağırağa
 

Xəbər xətti