Azərbaycan milli komandasının forvardı Mahir Emrelinin qışda ölkəmizə geri qayıtmaq ehtimalı yaranıb.
Sportal.az saytına verilən məlumata görə, ona "Qarabağ"dan dəvət olub. Ağdam klubu “Dinamo”da oyun praktikası tapmadığı üçün ona icarədə oynamağı təklif edib.
Lakin azərbaycanlı hücumçu geri qayıtmaq istəməyib. 26 yaşlı futbolçu Avropanın fərqli komandalarından birinə icarəyə yollanmağı planlaşdırıb.
Amma zədə Emrelini "Dinamo"da qalmağa məcbur edib. Hazırda bərpa prosesi keçən Mahirin ən azından yaya qədər Xorvatiyada qalacağı dəqiqləşib.
Mahir Emrelinin Xorvatiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Əlavə edək ki, Emrelinin xidmətində "Hatayspor", "Beşiktaş", "Kocaelispor" kimi komandaların maraqlı olduğu bildirilir.
saytlarin hazirlanmasi