"Qarabağ"ın legioneri Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi Afrika Millətlər Kubokunda iştirakını başa vurub.
Sportal.az xəbər verir ki, Kabo-Verde 1/4 finalda CAR millisi ilə qarşılaşıb.
Əsas və əlavə vaxt qolsuz heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. CAR penaltilərdə 2:1 qalib gələrək yarımfinala vəsiqə qazanıb. "Qarabağ"ın futbolçusu matçın 65-ci dəqiqədə meydana daxil olub.
Penaltilər seriyasında isə Andrade sonuncu zərbəni yerinə yetirib və qeyri-dəqiq olub.
saytlarin hazirlanmasi