Azərbaycan klubu "Benfika"da oynamış futbolçunu buraxmaq istəmir

16:18 - 4 Fevral 2024

Azərbaycan Premyer Liqasında yarışan bir neçə klub "Səbail"in bu yay heyətinə qatdığı Pedro Nunonun xidmətində maraqlıdır.

Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi portuqaliyalını buraxmaq niyyətində deyil.

Belə ki, "Səbail" təcrübəli futbolçuya müqavilə müddətini artırmaq istəyir. Tərəflər arasında ilkin razılığın əldə edildiyi bildirilir.

Pedronun Premyer Liqa klubu ilə müqaviləsi mövsümün sonunda yekunlaşacaq.

29 yaşlı futbolçu karyerası ərzində "Akademika", "Benfika", "Tondela", "Moreyrense", "Belenenseş", "Adanaspor" klublarında çıxış edib.

 

Xəbər xətti