"Beşiktaş" ÇSKA-nın serbiyalı yarımmüdafiəçisi Saşa Zdeları heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Turk Scout"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi transfer üçün Rusiya klubu ilə danışıqlara başlayıb.
Ordu təmsilçisi bu futbolçunu 2022-ci ilin yayında “Partizan”dan 500 min avroya alıb. 28 yaşlı yarımmüdafiəçi ÇSKA-nın heyətində 59 oyun keçirib, qol vurmayıb.
Zdelar karyerası ərzində OFK, “Olimpiakos”, “Malyorka”, “Partizan” komandalarında çıxış edib. Onun ÇSKA ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.