"Real"ın müdafiəçisi Antonio Rudiger zədəsini tam sağaldıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, almaniyalı futbolçu La Liqanın 23-cü turunun “Atletiko” ilə matçında start heyətində yer alacaq.
Daniel Karvahalın da sıraya qayıdacağı gözlənilir.
Qeyd edək ki, “Real” – “Atletiko” matçına bu gün 00:00-da start veriləcək. "Kral klubu" 22 oyundan sonra 57 xalla lider, “Atletiko” isə 47 xalla 4-cüdür.
saytlarin hazirlanmasi