Türkiyə mətbuatı: "Ramil Şeydayev "Kocaelispor"un ən yüksək maaş alan futbolçularından biridir"

20:37 - 4 Fevral 2024

Türkiyə mətbuatı Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin “Kocaelispor”dakı performansından yazıb.

Sportal.az xəbər verir ki, “Özgür Kocaeli” portalı millimizin üzvünün İzmit klubundakı debüt oyununu da dəyərləndirərək, onun klubda ən yüksək maaş alan futbolçulardan olduğunu iddia edib: 

“Bildiyimiz kimi, Ramil Şeydayev və Aksu “Altay”la görüşə (2:0) hazır deyildilər. Ona görə də Şeydayevin bu görüşdə start heyətində yer alması sürpriz oldu. Məlumata görə, Ramil Şeydayev “Kocaelispor”un ən yüksək maaş alan futbolçularından biridir. O, həm cinahda, həm də hücumun mərkəzində oynaya bilir. Şeydayevin debütü pis alınmadı. O, oyunun ilk 20 dəqiqəsində öz keyfiyyətini göstərdi. Deyəsən, Ramil işin öhdəsindən gələcək. O, fiziki durumunu yaxşı duruma gətirdikdən sonra komandaya əhəmiyyətli töhfə verəcək”.

Qeyd edək ki, Ramil Şeydayev bir müddət əvvəl Taylandın “Buriram Yunayted” klubundan ayrılaraq “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti