Fevralın 5-də Azərbaycan Premyer Liqasının XXI turunun son matçında “Kəpəz”lə qarşılaşacaq "Araz-Naxçıvan" bu gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında hazırlıqlarını yekunlaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təxminən 1 saat davam edən çalışmada Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyib. Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sabah saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi