"Beşiktaş" "Trabzonspor"u məğlub etdi - VİDEO

09:16 - 5 Fevral 2024

Türkiyə Super Liqasında 24-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki. "Beşiktaş" doğma meydanda "Trabzonspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 39-a yüksəldən "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Trabzonspor" isə 4-cü yerdədir.

"Beşiktaş" - "Trabzonspor" 2:0
Qollar:
Semih Kılıçsoy, 44, 52

Xəbər xətti