"Onun yaşında neçə titul qazandığımı xatırlamıram"

15:18 - 5 Fevral 2024

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Fil Fodeni tərifləyib.

Sportal.az xəbər verir ki, "The Times"a danışan ispaniyalı mütəxəssis yarımmüdafiəçi haqda bunları deyib:

"O, oyunu bir az daha yaxşı başa düşməyə başlayıb. Qol vurmaq hissi, ötürmələri, iş etikası var. Onun yaşında neçə oyun oynadığımı, neçə titul qazandığımı xatırlamıram. Fil , beş mövqedə oynaya bilər. Mərkəzdə oynayanda keyfiyyət olur. O, Dünya Kubokunda iki oyun keçirdi və həmin vaxtdan bu yana onun təsiri həlledici oldu. Fil həmişə yaxşı oynayırdı, 16 yaşından başlayaraq, biz onun xüsusi istedada malik olduğunu başa düşdük, indi də çoxlu qollar və məhsuldar ötürmələr verir".

23 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Foden 33 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti