Almaniya milli komandasının və "Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Flik ispan dilini öyrənməyə başlayıb.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin "Barselona"nı çalışdıra biləcəyi ehtimal edilir.
Xavinin mövsümün sonunda "Barselona"nı tərk edəcəyi dəqiqləşib. Hans Flik məşqçilik karyerası ərzində "Hoffenhaym”, “Zaltsburq", “Bavariya” və Almaniya millisində işləyib.
Onun rəhbərliyi altında Münhen klubu iki dəfə Almaniya çempionu olub, kuboku, ölkə Superkubokunu və Çempionlar Liqasını qazanıb. Qeyd edək ki, Flik köməkçi-məşqçi kimi Almaniya millisinin 2014-cü il dünya çempionatında qalib gəlməsinə kömək edib.
saytlarin hazirlanmasi