"Zirə"nin minifutbol komandası heyətini gücləndirib.

Sportal.az AMF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionluq mübarizəsi aparan kollektiv Xətai Bağırovu transfer edib.

Futzal üzrə milli komandamızın üzvü mövsümün sonuna qədər "Zirə"yə kömək edəcək.

"Zirə" hazırda çempionatın vahid lideridir.