"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martinezin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, argentinalı ən azı martda beynəlxalq fasilədən sonra məşqlərə qayıdacaq.
Onun çarpaz bağları qopub.
Xatırladaq ki, bu mövsüm argentinalı zədə səbəbindən artıq 4 ayı buraxıb.
26 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi